2 mindən çox hamilə qadın bu virusa yoluxdu?

Müəllif: Baş Redaktor

Baş Redaktor

hamile-kadin-1Kolumbiyada 2 mindən çox hamilə qadın Zika virusuna yoluxub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya Milli Sağlamlıq İnstitutunun məlumatında bildirilir.

Qeyd edək ki, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan Zika virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın Zika virusuna yoluxacağını proqnozlaşdırır.

Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir