!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“2 sərxoş, 3-5 çaqqal”a “Sərçə və dağ” cavabı – Baxçalı-Türkeş duellosu

!Reklam – Yazi

0b40747a-c0bd-4093-9bd8-f84c2e7569edMərhum Alparslan Türkeşin oğlu, MHP sədrinin müavini Toğrul Türkeş niyə nazir vəzifəsini qəbul etdiyini açıqlayıb. Əleyhinə danışanları “iki sərxoş və 3-5 çaqqal” olaraq qiymətləndirən Türkeş “öncə ölkəm və millətim, sonra partiyam” deyə, özünü müdafiə edib.

“Mənim baş nazirin müavini olmağımla MHP-ni iqtidar etmişəm. Mən partiyamı iqtidara gətirdim” deyən Toğrul Türkeş MHP sədri Dövlət Baxçalıya da bu cavabı verib: “Mənə mirasyedi deyirlər, siz kimin mirasını yeyirsiniz, onu söyləyin”. Onu tənqid edənləri “Kraldan çox kralçı olmaqda” suçlayan Toğrul Türkeş ülküçüləri də “bre qafillər” adlandırıb.

***

1428986841_page_iste-devlet-bahceli39nin-carsaf-listesi_331315425Türkiyənin baş nazir müavini Toğrul Türkeşin “Məni partiyadan ata bilməzlər” sözlərinə MHP başqanı Baxçalıdan cavab gəlib.

“Kimsə özünü partiya və nizamnamənin üzərində görməməlidir” deyən Baxçalı bir jurnalistin Toğrul Türkeşin yenidən MHP-nin namizədi olub-olmayacağı sualına da “Ona çox önəm verirsiniz. Dostumusunuz? Onun məsələsi bitdi” deyib.

“Türkeşin gedişi səslərinizi düşürərmi?” sualına isə, “Bir dağa bir sərçə qonsa dağ nə qazanar, bir dağdan bir sərçə qalxsa dağ nə itirər?” cavabını verib.

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv