yenicag.az
yenicag.az

20 illik Trend 

20 illik Trend 

Müəllif: Baş Redaktor

Baş Redaktor

trend_yeni_logoÖlkənin aparıcı informasiya agentliklərindən biri olan Trend bu gün 20 yaşını qeyd edir. 20 il zaman kəsimi olaraq gənclik, ömrün bahar çağı, inkişafın başlanğıcı kimi çox qısa bir müddətdir. Amma xəbər istehsalı ilə məşğul olan bir qurum üçün bu müddət – qosqoca 20 il məsuliyyətin artması, dərc etdiyi hər məlumata etibarlılığın yaranması və böyük bir statusun, meyarın formalaşması üçün kifayət qədər uzun müddətdir.

Bu gün Trend bu uzun yolu qət edib və 20 ildə sözün həqiqi mənasında xəbər brendinə çevrilib. Etibarlı və ciddi xəbər brendinə.

“Trend-də bu dəqiqlik və etibarlılıq illərin zəhməti hesabına qazanılıb. Trend-i həm Azərbaycanda , həm də dünyada çox yaxşı tanıyırlar. Trend-də hazırlanan bütün məlumatların etibarlılığı dəqiqliklə yoxlanılır, daha sonra sayta yerləşdirilir. Qeyri-dəqiq məlumatlar bizim saytda yerləşdirilmir. Neçə illərdir ki, biz bu yolla cəmiyyət arasında etibarlılıq qazandıq”, – deyə baş direktorun müavini Seymur Əliyev bildirib.

Ölkədə informasiya agentliklərinin xəbər portallarının durmadan artdığı bir vaxtda Trend xəbər birinciliyini saxlayır.

Agentlik olaraq 5 dildə informasiya yayan Trend Qafqazın, o cümlədən Mərkəzi Asiya və Avropa ölkələrinin region haqda məlumat aldığı əsas xəbər istehsalçısıdır.

Onun mətbəxində 100-dən çox peşəkar çalışır.

Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistanda və bir sıra Avropa ölkələrində daimi müxbir məntəqələri olan agentlik hər gün təxminən 500-dən çox məqalə-xəbər dərc edir.

Bu fəaliyyət onlarla beynəlxalq təşkilat və qurum tərəfindən qiymətləndirilib. Biz isə YeniCag.az olaraq bütün bu uğurların davamlı olmasını arzulayırıq.

Cəmiyyət, Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti