!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 yanvar faciəsi bolşevik işğalının davamı idi... - keçmiş nazirdən şok açıqlama

!Reklam – Yazi

Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qırğınlar hələ də fərqli aspektlərdən qiymətləndirilir.

Yeniçağ.Az xəbər verir ki, sovet qoşunlarının Bakını qana boyadığı 20 yanvar qətliamından artıq 27 il ötsə də, Azərbaycanın yeni tarixində mühüm səhifə olan bu hadisəyə birmənalı yanaşma yoxdur. Azərbaycanın o vaxtkı rəhbərliyinə daxil olan şəxslər, xüsusilə Ayaz Mütəllibov və milli-azadlıq hərəkatının avanqardı Xalq Cəbhəsinə (AXC) qarşı müxalifdə olanlar qanlı qırğına görə hərəkat liderlərinin daha çox məsuliyyət daşıdıqlarını iddia etməkdədirlər.

Onların bu barədə fikirlərindən belə anlaşılır ki, sovet rəhbərliyinin Bakıya qoşun yeritməsi və qanlı qırğın törətməsinin səbəbi milli-azadlıq hərəkatı liderlərinin ifrat radikallığı olub.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən “Meydan hərəkatı”nın liderlərindən biri və keçmiş təhsil naziri Firudin Ağasıoğlu 20 yanvar hadisələrinin 1920-ci il 28 aprel bolşevik işğalının məntiqi davamı olduğunu deyib:

“1988-ci ildə ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq iddialarını yenidən ortaya qoymaları Azərbaycanda geniş xalq etirazı doğurdu və milli-azadlıq hərəkatı vüsət aldı. Sovet rəhbərliyi də 20 yanvar qırğınını bu hərəkatın yüksəliş dövründə törətdi. Təbii ki, bu faciə ilə bağlı müxtəlif qiymətləndirmələr var. Ancaq üstündən iyirmi yeddi il keçəndən sonra geri baxaraq, nə baş verdiyini soyuq başla təhlil etmək mümkündür. Sözsüz ki, 20 yanvar ərəfəsində Bakıda müəyyən təxribatlara yol verildi. İndi daha aydın görünür ki, həmin təxribatlar “DTK” tərəfindən qırğınlara haqq qazandırmaq məqsədi ilə həyata keçirilmişdi. Təəssüf ki, o vaxt qabağa düşən liderlərdə müdriklik olsaydı, bu faciədən qaçmaq, yaxıd da onun nəticəsini minimuma endirmək olardı. Sizə deyim ki, Moskva 20 yanvar miqyasında olan qırğını hələ 1988-ci ilin Meydan hərəkatı zamanı törətmək istəyirdi. Ancaq o vaxt mən də daxil olmaqla, meydanı idarə edənlər ayıq tərpənərək, bu provakasiyaların qarşısını aldıq. 20 yanvar hadisələrində isə qabaqlayıcı addımlar atılmadı.

Digər tərəfdən, unutmayaq ki, Moskva 20 yanvar qırğınını ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycan xalqını cəzalandırmaq üçün törətdi. Yəni 20 yanvar faciəsi 1920-ci il 28 aprel bolşevik işğalının məntiqi davamıdır. Buna belə yanaşmaq daha düzgündür”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv