!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 yanvarda kimin cibindən "komsomol bileti" düşmüşdü? - İttiham

!Reklam – Yazi

Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 20 yanvar hadisələrinin növbəti ildönümü ərəfəsində yenə də özünün “qəhrəman” obrazının yaradılmasına çalışır.

Yeniçağ.Az xəbər verir ki, 1990-cı il 20 yanvar faciəsinin 27-ci ildönümünün yaxınlaşdığı günlərdə AXCP sədri Əli Kərimli öz tərəfdarlarına mətbuat və sosial şəbəkələrdə fəallıqlarını artırmağı tapşırıb. Uzun müddətdir, ortada görünməyən, fəaliyyəti ara-sıra monoton statuslar yazıb, paylaşmaqla məhdudlaşan Kərimli yenə də 20 yanvar hadisələri çərçivəsində gündəmdə yer tutmağa çalışır. Tərəfdarların sosial şəbəkələrdəki aktivliyinin müşahidəsi göstərir ki, AXCP sədri 27 il əvvəl baş vermiş faciədən öz imicinin “korreksiya”sı üçün yararlanmaq niyyətindən əl çəkməyib. Görünür, 20 yanvar hadisələri ərəfəsində heç bir xüsusi statusu olmayan, milli-azadlıq hərəkatının liderləri sırasında yer almayan Kərimli bu cəhdi ilə cəmiyyətin yaddaşını bir daha “yoxlamaq” qərarına gəlib.
Bu barədə Yeniçağ.Az-a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirib ki, 27 il əvvəl Azərbaycanı qan içində boğmaq istəyən qüvvələrin “maşa”sı olan Əli Kərimli bu gün də dövlətin düşmənləri ilə eyni cəbhədə dayanıb:

“20 yanvar qırğınının baş verdiyi ilk dəqiqələrdə Milli Müdafiə Şurasının vəsiqəsini atıb qaçan Kərimlinin bu “qəhrəman”lığı hər kəsə məlumdr. Xatırladım ki, Kərimlinin o vəsiqəsi “Krasnaya zvezda” qəzetində də dərc edildi, hərəkat iştirakçılarının təqib və həbs olunmalarına zəmin yaratdı. İndi bu adam yenə də utanmadan 20 yanvar hadisələri vaxtı baş verənləri təhrif etməklə məşğuldur. Ancaq onun bu cəhdləri nəticə vermir və verə də bilməz.

Kərimli bu davranışları ilə bir daha təsdiqləyir ki, 27 il əvvəl də Azərbaycana qənim kəsilən qüvvələrin yanında idi, bu gün də. Onun Milli Şura adlanan qurum çərçivəsində fəaliyyəti də göstərir ki, Kərimli dövlətə qarşı xəyanət yolundan çəkilməyə hazırlaşmır”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv