!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“2017-ci ildə bir neçə aprel həmləsi edə bilərik” – Millət vəkili

!Reklam – Yazi

apreldoyusleriABŞ-da keçirilən prezident seçkilərindən sonra hökumət administrasiyasına rəhbərlik yeni prezident Donald  Trampın idarəçiliyinə keçəcək. Eyni zamanda ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki müvəqqəti olaraq Riçard Hoqland əvəz edəcək.

Bu dəyişikliklər fonunda 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş olacaqmı?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu deyib ki, 2017-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində dönüş yarada biləcək yeganə hadisə 2016-cı ildə baş verən aprel döyüşləri və onun yaratdığı yeni şərtlərdir:

“Bundan başqa ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişməsi əslində, Avropa və həmsədr ölkələrin Dağlıq Qarabağ probleminə ənənəvi münasibəti dəyişməyəcək. Çünki həmsədrlər ayrılıqda vahid dövlət mexanizminin müəyyənləşdirdiyi xarici siyasətdən kənara çıxmırlar. Ona görə də düşünmürəm ki, həmsədr ölkələrin xarici siyasətində ciddi dəyişikliklər olsun və bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ yaratsın”.Hikmət Babaoğlu ile ilgili görsel sonucu

H. Babaoğlu deyib ki, əslində Azərbaycanın gözlədikləri daha çox regiona yaxın və həmsədr olan Rusiyadandır:
“Düşünürəm ki, bu ümidlər hələ də mövcuddur. Bütövlükdə aprel döyüşlərindən sonra həmsədrlər bəyan etdilər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda yeni substantiv, yəni nəticə verə biləcək, problemin həllinə aparacaq danışıqlar mərhələsi başlayır. Hər kəsə bəllidir ki, bu yeni mərhələni və yeni şərti Azərbaycan tərəfi yarada bildi. Azərbaycanın Ali Baş Komandanı və onun həyata keçirtdiyi siyasət, eyni zamanda hərbi-siyasi vəziyyət bu şərtləri formalaşdırdı. Düşünürəm ki, əgər irəliləyiş olmasa və beynəlxalq şərtlər uyğun gələrsə, 2017-ci ildə bir neçə aprel həmləsi etmək mümkündür. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı irəliləyişlərin əldə olunması üçün münasib zəmin yarada bilər”.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv