!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“İnter” müflisləşir? – RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

inter“İnter” müflis olmaq təhlükəsiylə üz-üzədir. Fanat.Az-a etibarlı mənbədən verilən məlumata görə, Beynəlxalq Bank klubun 2017-ci il üçün nəzərdə tutulan büdcəsini təsdiqləməyib.

Dekabrda “ağ-göylər”in prezidenti vəzifəsinə təyin olunan Azər Əliyev hazırda xaricdədir. Sabah Bakıya dönməyi planlaşdıran klub rəhbəri büdcə minimuma endiriləcəyi halda, ödənişli futbolçuların komandasını dəyişməsinə şərait yaradacaq. Məsələn, Ruslan Abışovla Ağabala Ramazanov müəyyən məbləğ qarşılığında “Neftçi”yə “veriləcək”. Adıçəkilən iki futbolçuya Mirhüseyn Seyidovun da qoşulması mümkündür.
Məsələ ilə əlaqədar klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi xəbəri təkzib edib:

” “İnter” klubu fəaliyyətini davam etdirir. Hər şey qaydasındadır. Sabahdan iş başındayıq. Vəziyyət normaldır, hamı maaşını alıb. Əlbəttə ki, bu il üçün də büdcə ayrılacaq, komanda normal fəaliyyət göstərəcək”.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv