2017-dən nə gözləyək? – Mütəxəssis rəyi

2017-dən nə gözləyək? – Mütəxəssis rəyi

Müəllif: Redaktor

Editor

yeniil2017-ci il yaxınlaşdıqca, hər kəs yeni ilin hansı dəyişikliklər, uğurlar, uğursuzluqlar gətirəcəyini götür-qoy etməkdədir. Kifayət qədər ağır keçən 2016-dan sonra Azərbaycan iqtisadiyyatında, insanların sosial həyatında nələr dəyişə bilər? Yeni ildən ən pozitiv, ən neqativ gözləntilərimiz nələr ola bilər?

Yeniçağ.az bu suallara tanınmış iqtisadçı-ekspertlərimizdən cavab aldı.

İqtisadçı-ekspert Pərviz Heydərov:

“Növbəti ilə 12 faizə yaxın inflyasiya ilə qədəm qoyacağıq. İş ondadır ki, nə xarici iqtisadi amillər, nə də daxili amillər 2017-ci ilin ən azı 1-ci rübü üçün müsbət heç nə vəd etmir. Düzdür, neftin qiymətinin 45-50-55 dollar səviyyədə olması bizə bu gün üçün məqbul sayılır. O baxımdan ki, hər şeyin yaxşı olması – ölkəmizdə iqtisadi atmosferin normal məcraya düşməsi üçün 45-50-55 dollar, belə demək mümkündürsə, vaxt qazanacağımız demək olacaq. Lakin tədiyə balansımızda keçən ildən başlanan defisit bu il xeyli böyüdüyündən, yeni ilin ilk 3 ayı ərzində öz mənfi təsirlərini bir az da sərt şəkildə göstərməli olacaq”.

Ekspert bildirir ki, daxili istehlak bazarında qiymətlər də buna uyğun olaraq ilin ilk yarısında daha çox yüksəlməyə meyl edəcək: “Ümumiyyətlə, neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 2-3 dəfədən çox aşağı düşməsi bir çox neft ölkələrindən fərqli olaraq Azərbaycanı hələ çox “vurmayıb”… Pərviz Heydərov ile ilgili görsel sonucuDüzdür, manatın dəyəri 125 faizdən çox ucuzlaşıb, buna müvafiq olaraq istehlak qiymətləri yüksəlib, 12 faiz civarında inflyasiya mövcuddur, iqtisadi artım tənəzüldədir və sair… Lakin hələ genişmiqyasda ixtisarlar baş verməyib, maaşların və pensiyaların ödənişlərində yubanmalar yaranmayıb, bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi və kütləvi problem və sair yaranmayıb… Təkcə bir problem mövcuddur ki, o da xarici valyuta qıtlığıdır. Hansı ki, bu da hələki katastrofik həddə deyil … Düzdür, vəziyyət buna yaxındır. Ancaq demək istədiyim budur ki, məlum təzyiqə kifayət qədər yaxşı tab gətirə bilmişik. Lakin təhlükəsizlik yastığımız artıq xeyli zəifləyib. Keçən ili və bu ili yola verə bildiksə də, mövcud təzyiq əgər 2017-ci ildə də eyni gücdə qalarsa, artıq tab gətirə bilməyəcəyik. Belə ki, neftin qiyməti 45-40 dollardan aşağı düşərsə, artıq növbəti ildə maaşlar və pensiyalar bütün sahələrdə gecikdirilməyə başlanacaq, genişmiqyaslı ixtisarlar start götürməli olacaq, bir sıra zəruri istehlak malları üzrə kəskin qıtlıq özünü göstərməyə başlayacaq. Ancaq xoşbəxtlikdən növbəti ildən ölkə iqtisadiyyatına kənar mənfi təzyiqlərin zəifləyəcəyi, neftin dünya bazar qiymətlərinin tamamilə sabitləşəcəyi, ölkə iqtisadiyyatında makroiqtisadi dayanıqlığının bundan artıq sarsılmasının qarşısının alınması tədbirlərinin tədricən effekt verməyə başlayacağı gözlənilir… Odur ki, hesab edirəm, 2017-ci ilin xüsusən 2-ci yarısından etibarən, indi hiss etdiyimiz çətinliklər xeyli dərəcədə aradan qalxacaq… İqtisadi artımın tədricən bərpasını da məhz 2017-ci il ərzində müşahidə edə biləcəyik”.

İqtisadçı-ekspert Samir Əliyev:

Samir Əliyev ile ilgili görsel sonucu“Gələn il iqtisadiyyatımızı gözləyən əsas təhlükə yüksək inflyasiya, devalvasiya, işsizliyin artması ola bilər. İnflyasiya səviyyəsi ikirəqəmli olaraq qalacaq. Milli valyutanın mövcud məzənnəsini qorumaq mümkün olmayacaq və manat dəyərini itirməkdə davam edəcək. Manatın ucuzlaşması bir tərəfdən inflyasiya təzyiqini artıracaq, digər tərəfdən əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Gələn il bir sıra sektorda, o cümlədən bank və dövlət sektorunda ixtisarların gözlənməsi işsizliyi artıracaq. Eyni zamanda nəqliyyat sektorunda və yanacaq sektorunda bahalaşma müşahidə ediləcək. Bütün bunlar əhalinin yaşayışını pisləşdirməklə yanaşı, maliyyə bazarında panikaya və ümumilikdə regionlarda sosial nazarılıqlara rəvac verə bilər.

2017-ci ildə inamım az olsa da, vəziyyətin mürəkkəbliyini nəzərə alıb hökumətin bəzi islahat addımları atacağı ilə bağlı gözləntim var. Bura müəyyən institutsional islahatlar, mənzil-kommunal sektoruna özəl sektorun cəlbi kimi addımlar daxildir”.

Milli Məclisin üzvü, İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli:

“2017-də iqtisadiyyatımızı gözləyən ən böyük təhlükə islahatların dərinləşməsini özünün sonu bilən kadrların görəvdə saxlanılmasının davam etdirilməsi və beləliklə də islahatların ləngidilməsi ola bilər. Bu halda 2017 də 2016-cı il kimi ağır keçəcək və böhran sonrakı bir neçə ildə də davam edəcək. Əli Məsimli ile ilgili görsel sonucuHazırkı şəraitdə iqtisadi böhrana qarşı mübarizədə nəzərəçarpan pozitiv dəyişikliklərə nail olunmasının magistral yolu cəmiyyət həyatının bütün sahələrində radikal və sistemli, həm də real nəticələri cəmiyyətə görünən islahatlardan keçir. Ona görə də 2017-də ən pozitiv proses cəmiyyət həyatının bütün sahələrində sistemli islahatların dərinləşdirilməsi ola bilər. Əgər sistemli islahatalar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq. Sistemli islahatlar aparılmayacağı təqdirdə, iqtisadiyyatımızın həm maliyyə, həm real, həm də sosial sektorlarında böhran dərinləşməkdə davam edəcək.Ona görə də islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi münümuma endirməklə, yenidən sürətli inkişaf trayektoriyasına çıxa bilək.Azərbaycanın buna potensial imkanı yetərincədir. Çatışmayan yeganə məqam isə islahatçı və çevik hökumət modelinə keçidin sürətləndirilməsidi ilə bağlıdır…

Hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, öptimal oşçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla təqbiq etməyi bacaran, çevik hökumət modelinə keçidi sürətləndirmək lazımdır.Yalnız bu halda 2017-ci ilqeyd etdiyimiz kimi,Azərbaycnda son böhran ili olacaq və iqtisadiyyatımız iqtisadi artımım keyfiyyət və səmərəlilik göstəricilərinin yüksəlməsi ilə müşayət olunan inkişafın yeni trayektoroyasına yön alacaqdır”.

İqtisadçı-ekspert Rövşən Ağayev:Rövşən Ağayev ile ilgili görsel sonucu

“2017-ci illə bağlı ən pis gözləntim bank sektoru ilə bağlıdır. Öhdəliklərin yüksək səviyyədə dollarlaşması, problemli kreditlərin həcminin real miqyasının böyük olması, real sektorla bank sektoru arasında əlaqələrin tam zəifləməsi bankların durumunu daha da ağırlaşdıracaq. Pessimist gözləntilərim sırasına neftin qiymətinin yüksəlməyəcəyi tədqirdə manatın ciddi risklərlə üzləşəcəyini də əlavə etmək istərdim. Növbəti ildən nikbin gözləntim yüksək deyil. Amma böhranın daha kəskin xarakter alacağı tədqirdə köklü idarəetmə islahatları, hətta yeni parlament seçkisi barədə qərarların qəbulunu mümkün sayıram.”

İqtisadçı-alim, ADR Hərəkatının sədri Qubad İbadoğlu:Qubad İbadoğlu ile ilgili görsel sonucu

“Gözləntim odur ki, 2017-ci ildə manat özünün kerçək məzənnəsini tapacaq və onun ABŞ dollarına və digər aparıcı valyuta vahidlərinə nisbətdə tarazlaşdırılmış kursu müəyyən olunacaq”.

Azər Mehtiyev ile ilgili görsel sonucuİqtisadçı-alim Azər Mehtiyev:

“2017-ci ildən gözləntilər elə də ürəkaçan deyil.

Ölkədə iqtisadi böhran dərinləşməkdə, manat isə dəyərsizləşməkdə davam edəcək. Yaxşı gözləntilər az olsa da, ümid edirik ki, 2017-ci ildə hökumət, nəhayət ki, real islahatlara başlamaq istiqamətində addımlar atacaq (ya da buna məcbur olacaq).”

 

 

Yeniçağ.Az

İqtisadiyyat, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti