!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2019-cu ildə əyilən smartfonlar bazarın 20 faizini tutacaq

!Reklam – Yazi

c7ea878a3ad541e4a7c185be27028537Əyilən smartfonlar mobil cihazlar bazarında olduqca populyar ola bilər.

Yenicag.az “İKT.lent.az”-a istinadən məlumat verir ki, Cənubi Koreyanın “Konon Industries” şirkətinin nümayəndəsi Kan Çon-Seok əmindir ki, onların satış payı 20 faiz təşkil edəcək.

“Kolon Group” əyilən cihazlar üçün xüsusi polimerlər istehsal edə biləcək bir çox şirkətlərdən biridir. Xüsusi plyonka yeni cihazlardakı şüşəni əvəz etməyə qadirdir.

Hazırda şirkət öz texnologiyalarını “Samsung” və LG şirkətlərinə satır, baxmayaraq ki, bu təşkilatların nümayəndələri öz tədarükçüləri barədə heç bir məlumat vermirlər.

“Kolon Group”un rəhbəri əmindir ki, ilk belə smartfonlar Cənubi Koreyada satışa çıxarılacaq. O, bu cür cihazları istehsal edəcək 5 istehsalçıdan 3-ü barədə də məlumat verib.

“Samsung”, LG, “Xiaomi”, “Sony” və “Apple” şirkətləri OLED-in xeyrinə artıq LCD displeylərdən imtina ediblər. Belə ki, məhz onlar əyilməyə meyllidirlər və smartfonun əyilməsinə imkan verir.

Yenicag.az

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv