!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2020-ci ildə ixracatda qeyri-neft sektorunun payı 50 faizə çatacaq - Ekspert rəyi  

!Reklam – Yazi

Azərbaycanda neftin qiymətinin aşağı düşməsindən sonra qeyri-neft sektorunun inkişafına nail olmaq barədə əməli tədbirlərə başlanılıb. Sözügedən istiqamətdə son zamanlar müəyyən işlər də görülür. Bu fonda ümumi daxili məhsulda, xüsusən də ixracatda qeyri-neft sektorunun payının artırılması vacibdir. Görəsən, qeyri-neft sektorunun ÜDM-də və ixracatda çəkisinin artırılması və bu sektorun aparıcı olması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, sözügedən istiqamətlərdə qeyri-neft sektorunun hakim mövqe tutması üçün ilk növbədə liberallaşma məsələsində ciddi islahatlara ehtiyac var:

“Ümumi daxili məhsulda artımın əsasən, məhz qeyri-neft sektoru hesabına əldə edilməsi günümüzün tələbidir. Xüsusən də ixracatda qeyri-neft sektorunun payının artırılmasına çalışmalıyıq. Amma qeyri-neft sektorunun payının artırılması üçün müəyyən islahatların aparılması vacibdir. Çünki neftin dünya bazarındakı qiymətləri aşağıdır. Qiymət aşağı olduğundan da növbəti illərdə neft sektoru hesabına ÜDM-də artımın olmasına nail olmaq praktik olaraq mümkünsüzdür. Ona görə də qeyri-neft sektorunu inkişaf etdirməliyik, bunun üçün də həmin sahə üzrə islahatlar davam etdirilməlidir.

Xüsusən də liberallaşma istiqamətində ciddi islahatlar aparılmalıdır. Bazarın liberallaşdırılması, ora çıxış imkanlarının asanlaşdırılması, süni baryerlərin aradan götürülməsi, struktur islahatlarının davamı vacibdir. Struktur islahatları davam edərsə, idarəetmə aparatı çevik olar. Eyni zamanda kadr islahatları da baş verməlidir ki, qeyri-neft sektorunun inkişafı və ÜDM-də onun payının daha da artmasına nail ola bilək. Digər tərəfdən, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsinin həllini sürətləndirməlidir. Bu baş verərsə, qeyri-neft sektoruna xarici investorları da cəlb etmək mümkün olacaq”. Hazırda ixracatda qeyri-neft sektorunun çəkisi cəmi 13 faizdir. Amma sadaladığım istiqamətlər üzrə islahatlar aparılarsa, 2020-ci ildə ixracatda qeyri-neft sektorunun payını 50 faizə çatdıracağıq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv