!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

21 dərəcə isti olacaq

!Reklam – Yazi

Bakı və Abşeron yarımadasında fevralın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-6° isti, günün birinci yarısında 11-16° isti, günün ikinci yarısında 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16°, günün ikinci yarısında 7-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Lakin gündüz bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Yeniçağ.az

www.yenicag.az

725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv