yenicag.az
yenicag.az

22 aprel – Beynəlxalq Yer Günüdür

22 aprel – Beynəlxalq Yer Günüdür

Müəllif: Redaktor

Editor

138339_res_01Beynəlxalq Yer Gününün keçirilməsi ənənəsinin maraqlı rarixçəsi var.

Bu, ənənənin kökü XIX əsrin ikinci yarısına gedib çıxır. Belə ki, ABŞ sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si ölkənin Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.

1970-ci ildən isə ABŞ-da, ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbii mühitin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. 1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud problemlərə, həmin problemlərin həll edilməsi üçün maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.

Tədricən bu bayram beynəlxalq xarakter alaraq 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.

22 aprel – Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

Bu il də paytaxtda və regionlarda yerli ictimaiyyətin nümayəndələrini cəlb etməklə iməciliklər keçiriləcək, yaşıllıqlara qulluq göstəriləcək. Bu ərəfədə təhsil müəssisələrində ekoloji təbliğat xarakterli görüşlərin və seminarların təşkil edilməsi nəzərdə tutulur.(Azərtac)

Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti