www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yaxın günlərdə Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başlayır.

Yenicag.az FED.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi hələ sentyabrda büdcə layihəsini Nazirlər Kabinetinə təqdim edilib, hazırda sənədə burada baxılır və bir neçə gündən sonra parlamentdə müzakirə edilmək üçün Milli Məclisə göndəriləcək. Büdcənin parametrləri dəqiq açıqlanmasa da, dövlət başçısının tapşırıqlarına görə, 2018-ci ilin büdcəsinin gəlir-xərc bölmələri 2017-ci ilə nisbətən daha böyük olacaq. Bu tapşırıqlarla əlaqədar olaraq dövlət qurumları büdcənin gəlirlərinin artırılması üçün yeni mənbələr axtarışındadırlar.

Bu mənbələrdən biri də, indiyədək diqqətdən kənarda qalan və xeyli vəsaitlərin büdcə üçün itirildiyi avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Təqribi hesablamalara görə, qeydiyyat nişanlarının satışının düzgün və şəffaf təşkil edilməsi büdcəyə ildə 50-100 milyon manat arasında vəsait gətirə bilər. Hələliksə, bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi hər il bu qədər məbləği itirməkdədir, baxmayaraq ki, «hörmətli» qeydiyyat nişanlarının alınması üçün avtomobil sahibləri kifayət qədər vəsait ödəməyə hazırdırlar və ödəyirlər.

Beləliklə….

Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar «Dövlət rüsumu haqqında» qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasındadır.

Qanunda indiki vəziyyət belədir:

Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 612
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."