22 yaşlı qız özünü asdı

Müəllif: Redaktor

Editor

intihar_asmaq_0141Gəncədə intihar hadisəsi baş verib.

Yenicag.az bildirir ki, hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, hadisə Kəpəz rayonunun Muxtar Hacıyev küçəsi 4-cü döngə, ev 20-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Aygün Arzuman qızı Sayadi özünü yaşadığı evdə asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

22 yaşlı qızın hansı səbəbdən intihar etdiyi barədə məlumat verilmir. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Gəncədə iki gün əvvəl də intihar hadisəsi baş verib. Natəvan qəsəbəsində 2000-ci il təvəllüdlü Əli İlyas oğlu Vəliyev özünü yaşadığı evdə asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Bir neçə gün əvvəl də Lənkəranda 22 yaşlı qız intihar edib. Şəhər sakini 1994-cü il təvəllüdlü Milanə Bala qızı Cəfərova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır