!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

23 yaşlı aktrisanın bədəninə ELƏ QİYMƏT QOYDULAR Kİ: “Dedi, birgecəlik sevgilim ol, sənə...”- FOTOLAR

!Reklam – Yazi

Müsahibim gənc aktrisa Gülmira Fərzəliyevadır. “Məryəm”, “28 iyun” seriallarında, “Sara”, “Gizlənpaç”, “Bayram axşamı”, “Zarafatsız” və digər filmlərdə oynadığı obrazları ilə tanınıb. Bu günlərdə tədbirlərin birinə geyindiyi açıq-saçıq libası ilə sosial şəbəkədə müzakirə olunan aktrisanın

Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Çox gəncsən, amma əksər seriallarda rol alırsan.

– Ürəkdən işləyirəm və çox səbrliyəm. İki gün gecə-gündüz işləyim, demirəm ki, ay bezdim, çəkilişlər tez bitsin, gedim dincəlim və s.

– Həmişə də mənfi obrazlara çəkilirsən. Məryəm serialında əsl ifritəydin… Bəs həyatda necəsən, ifritəliyin var?

– Cox sakit insanam.

– Səni son həddə çatdırsalar da?

– Kimsə dəhşət dərəcədə əsəbiləşdirsə, hisslərimi cilovlaya bilməyəcəm. Amma bu da nadir halda olur.

– İldə neçə dəfə?

– İldə yox, 23 yaşım var, bəlkə də bu yaşıma qədər iki dəfə belə qəzəblənmişəm, ya yox. O da məktəb vaxtıma düşüb.

– Çox cəsur geyimlərlə diqqət çəkirsən.

– Geyim barədə kompleksim yoxdur. Bədən ölçülərim buna imkan verir, mən də geyinirəm.

– Necə deyərlər, el qınağından qorxmursan.

– Bəzən əsəbiləşirəm. Hollivud ulduzları, ya elə özümüzün ulduzlarımız – Röya, Aygün haqqında da şayiələr danışılır. Mən də artıq başlamışam fikir verməməyə. Sevənlər mənə bəs edir.

– Subay qızsan, birdən sevdiyin oğlan dedi ki, belə geyinmə, reaksiyan necə olar?

– Mən azadlığı sevən biriyəm. Nəyisə istədimsə, mütləq edəcəm. Bir sağlamlıq, bir də azadlıq – bu ikisini çox sevirəm.

-Sevgilin olsa, belə deməzsən yəqin?

– Yox, sevgilim var, işimə qarışmır. Demişəm ki, bu, mənim işimdir, qəbul edirsən et, etmirsənsə ayrılaq.

– Heç telefonuna gələn mesajlarına baxır?

– Yox. Şəxsi əşyalarıma kiminsə toxunmasını sevmirəm.

– O oğlanı hansı xüsusiyyətinə görə seçdin?

– Mənə sərhəd qoymur. Belə xoşdur, sərhəd qoysa xoşuma gəlməz.

– Səncə, oğlanın qısqanclığı sevgisindən xəbər verir, yoxsa eqoistliyindən?

– Mən qısqanan oğlanları bir neçə qrupa bölürəm. Bəziləri özünü göstərir, guya çox namuslu-qeyrətlidir. Bəziləri qızın gözünə girmək üçün oyun oynayır, bəziləri də həqiqətən sevir.

– Yataq səhnəsinə çəkilməyə razılıq verərsən?

– Baxır necə? Tam çılpaq çəkilmərəm.

– Bir ara açıq-saçıq fotoların yayıldı. Əks-cinsin nümayəndələri bu fotoları necə qarşıladı?

– Mən çimərlik fotolarımı da paylaşmışam. Təhqir edənlər də olur. O qədər yazırlar, bezirəm. Cavab verməyə yoruluram. Bəzən yazırlar ki, “salam, necəsən?” Elə bil məni 10 ildir tanıyırlar. Belələrinə cavab vermirəm.

– Başqa nə yazırlar?

– Yazırlar ki, sizi yeməyə dəvət edirəm. Bu, normaldır, amma yataq təklifi edənlər də olur. Yazır ki, “birgünlük mənim olarsanmı, bir gecənə nə qədər istərdin?” yaxud da hansı hədiyyəni istəyirsiz? Silirəm və blok edirəm.

– Belə təkliflərdən əsəbiləşirsən?

– Əsəbiləşmirəm, adi qəbul edirəm. Yəqin kiminsə xoşuna gəlmişəm ki, belə təkliflər edir də.

– Evdə sənə qadağalar qoyurlar?

– İlk dönəmlərdə səhnəyə çıxmağımı qəbul etmirdilər. Amma sonradan öyrəşdilər. İndi alışıblar.

– Bəs qohum-əqrəba nə deyir?

– Filmdə görən kimi hamısı zəng edib, xoş sözlər söyləyirlər.

– Öpüş səhnəsinə çəkilmisən?

– Çəkilməmişəm, amma çəkilərəm. Bir şərtlə ki, həmin aktyorun xarici görünüşü xoşuma gəlsin. Xoşlamadığım kişi ilə öpüşmərəm, ayaqlarımın altına pul töksələr belə…

– Mənə çox maraqlıdır, qarderobda qapalı geyimlərin var?

– Bəzən uzun, qapalı libaslar geyinirəm. Məsələn, Dubaya gedəndə çarşab örtdüm. Hərdən açıq-saçıqlıq da adamı bezdirir axı.

– Gözəlliyinə görə paxıllığını çəkənlər olur?

– O qədər… Bəzən yazırlar ki, bu geyim sənə yaraşmır. Yaxud da bu rolu səndən yaxşı oynayardım.

– Elə bir obraz varmı ki, oynamaq arzusundasan?

– İfritə obrazlarının sayını artırmaq istəyirəm. Mənfi rolları insanlar daha çox bəyənir.

– Bəs fahişə obrazında necə, çəkilərsən?

-Oynayaram.Təklif olub, amma razılıq verməmişəm.

-Niyə?

– Pula görə, az qonorar deyiblər.

Cəvahir Səlimqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv