!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DANİB yeni layihəyə start verdi – FOTOLAR

!Reklam – Yazi

12106837_1094943823849807_75303650056434757_n

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) həyata keçirdiyi “Gənc Seçicilər Parlament Seçkiləri 2015-ə Hazırdır” layihəsi çərçivəsində 4 günlük təlimin açılışı olub.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə toplantı iştirakçılarını təbrik edən DANİB sədri Elməddin Behbud bütün təhdid və təhlükələrə rəğmən ölkəmizin cənab prezident İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində ümummili lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil inkişaf yoluna uğurla davam etdiyini bildirib. Azərbaycandakı milli donor institutlarının yaranmasından da bəhs edən təşkilat sədri Gənclər Fondunun qısa zaman müddətində göstərdiyi fəaliyyətin təqdirəlayiq olduğunu, keçən dövr ərzində minlərlə gəncin və gənclər təşkilatının layihələrinin dəstəkləndiyini vurğulayıb. Elməddin Behbud dövlət gənclər siyasətinin əhalinin sözügedən yaş qrupundan olan bütün şəxslərin hərtərəfli inkişafını təmin etmək məqsədi daşıdığını və bu istiqamətdə ardıcıl olaraq sistemli tədbirlərin həyata keçirildiyini qeyd edib. Birliyin sədri təlimə qatılmaq üçün gənclərin fəallıq nümayiş etdirməsinin seçkilərə olan maraqdan irəli gəldiyini və layihəyə 200-dək müraciətin olduğunu deyib: “DANİB olaraq hər zaman dövlətimizin bütün sahələrdə yaratdığı imkanları yüksək qiymətdirərək gənclərin milli-mənəvi dəyərlərimizə sadiq şəkildə, eyni zamanda müasir bilik və bacarıqlara yiyələnməklə inkişafı etməsi üçün fəaliyyətimizi davam etdiririk. Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Gənc Seçicilər Parlament Seçkiləri 2015-ə Hazırdır” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarından (Samux, İsmayıllı, Naxçıvan, Cəbrayıl, Qazax, Şəmkir, Şirvan, Gəncə və s.) seçilən iştirakçılar üçün bu gündən etibarən 4 günlük maarifləndirici təlim başlayır. Təlim müddətində gənclərin parlamentin funksiyaları, Milli Məclisin və deputatın səlahiyyətləri, seçkilərin demokratiyada yeri və rolu, seçkilərdə iştirak prinsipləri, seçki komissiyaları, deputatlığa namizədliyin irəli sürülməsi və qeydiyyatı, təbliğat-təşviqat prosesi, Milli Məclisə seçkilərin yekunları və digər mövzularda məlumatlandırılması nəzərdə tutulur. Məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsinə, onların seçki prosesinə marağının artırılmasına, seçkidə daha fəal iştirak etmələrinə nail olmaqdır. Əminəm ki, gənclər böyük mütəşəkilliklə 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərə qatılaraq azad şəkildə siyasi iradələrini ifadə edəcəklər”.

Təlimçi Mirəli Hüseynov çıxış edərək təlimin mövzusu və gündəliyi haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra təlim qrup oyunları ilə işini davam etdirib.

www.yenicag.az

1528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv