Yazı İçi 468×60

yakalama_karari_sisteme_girdi_h60598_4dc57Fətullah Gülən Şəbəkəsinin media ayağına qarşı aparılan əməliyyat hüquqi prossesə uyğun şəkildə davam edir. 1 nömrəli şübhəli olaraq, haqqında həbs qərarı çıxarılan Fəthullah Gülənin adının İnterpola göndərilməsi üçün ölkə daxilində bütün hüquqi prosseslər davam etdirilir.

Belə ki, haqqında həbs qərarı çıxarılan Gülənin adı İstanbul  1-ci Sülh Cəza Məhkəməsinin qərarı ilə Türkiyə Əmniyyət Genel Müdirliyinin sisteminə daxil olub. Belə ki, ölkədə olmadığına hüquqi qiymət verilən Gülən haqqında 81 şəhər və sərhəd qapılarında “yaxalanma və həbs” qərarı çıxarılıb. Bu qərar İnterpola müraciət üçün vacib addımlardan sayılır .

Yenicag.az Timetürk-ə istinadən xəbər verir ki, Gülən Dosyası artıq Ədliyyə Nazirliyinə təqdim olunub. Nazirlik Gülən üçün Qırmızı Bülleten çıxarılması məqsədilə İnterpola müraciət edərək, Gülənin ABŞ-dan qaytarılmasını tələb edəcək.

Xatırladaq ki, Paralel Şəbəkəyə qarşı  14 dekabr 2014-cü il tarixində reallaşdırılan əməliyyatın sonucu, 1 nömrəli şübhəli Fətullah Gülən haqqında, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təqdimatı ilə 1-ci Sülh Cəza Hakimliyinin 19 dekabr 2014-cü il tarixində “Terrorla Mübarizə Qanununun 1 və 7-ci maddələri üzrə , qurduğu təşkilatla bağlı ciddi cinayət şübhəsinin olduğundan terror təşkilatı qurmaq və idarə etmə suçundan CMK 94 və 100-cü maddələrinə uyğun olaraq haqqında həbs qərarı çıxarılmasına qərar verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."