Yazı İçi 468×60

11998442_1029760570391415_441124482_ncxc

Yeni tədris ili astanasında sosial şəbəkələrdə Binəqədi qəsəbəsi 179 saylı orta məktəbin direktoru Kamalə Məcid qızı Şıxliniskiyə məxsus maraqlı fotolar yayımlanıb.

Xanım direktorun “silahlı” fotoları gün ərzində sosial şəbəkələrdə “bomba kimi” partlasa da, sonradan onların ildırım sürətilə təmizləndiyinin şahidi olduq.

YeniCag.az xəbər verir ki, AzNews.az saytı həmin direktorla bağlı maraqlı faktlar əldə edib. Məlum olub ki, bu fotoların mövcudluğundan Mikayıl Cabbarovun xəbəri olsa da, xanım direktorla bağlı qərar qəbul etməkdə tərəddüd edib. Buna səbəb Kamalə Şıxliniskinin “ağır çəkili” himayədarlarının olmasıdır. Belə ki, Kamalə Şıxliniski Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.


Məcid Şıxliniski

Məcid Şıxliniski isə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yaxın dostudur. Kamalə Şıxliniskini vəzifəyə də məhs X.İsgəndərov gətirib. O, Binəqədiyə icra başçısı təyin olunan kimi 82 saylı şəhər orta məktəbində müəllimə işləyən Kamalə Şixliniskini Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbə direktor təyin edib.

O da məlum olub ki, K.Şıxliniski məktəb direktoru vəzifəsinə təyin olanadək cəmi 5 illik müəllim təcrübəsi olub. 82 saylı orta məktəbindən əldə etdiyimiz məlumata görə, K.Şixliniski müəllim kimi işlədiyi 5 il müddətinin yarıdan çoxunu məzuniyyətdə keçirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."