27 yaşlı gənc faciəvi şəkildə öldü – Fotolar

Müəllif: Redaktor

Editor

Astarda 27 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Yenicag.az-a daxil olan məlumata görə, hadisə rayonun Siyəku kəndində baş verib. Belə ki, 27 yaşlı Elnur Məhərrəmova adlı gənc səhər saatlarında evində dəm qazından zəhərlənərək dünyasını dəyişib. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün mərhumun meyiti Məhkəmə Tibbi Ekspertizası və Pottoloji Anatomiya Mərkəzinin Lənkəran zona birliyinə aparılıb. İlkin ehtimala görə, boğulmaya səbəb təhlükəsizlik qaydalarına əməl edilməməsi olub.

Belə ki, ev sahibi odun sobasına qaz quraşdırıb və istiliyin içəri ötürülməsi məqsədilə sobanın hava çəkən borusunuda bağlayıb. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır