!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

27 yaşlı kişinin başına küt alətlə vurub.. – Fotolar

!Reklam – Yazi

Tovuz sakininin başına küt alətlə ağır xəsarət yetirilib.

Yenicag.az-a daxil olan məlumata görə, hadisə kafedə baş verib. Tovuz Şəhər sakini 27 yaşlı Kənan Qasımov kəllə beyin tramvası ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya ilkin yardım göstərildikdən sonra vəziyyətinin ağır olduğu bildirilib və Gəncə şəhərindəki xəstəxanalardan birinə köçürülüb.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayət zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olmuş 25 yaşlı Qasımov Elxan Mətləboğlu tərəfindən törədilib. Həmçinin bildirilir ki, hadisə hər iki şəxsin bir yerdə yeyib-içdikdən sonra aralarında yaranan münaqişə nəticəsində baş verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində istintaq aparılır.

Yenicag.az

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv