!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

29 dərəcə isti olacaq

!Reklam – Yazi

3f24e1f8c58412b560d1cc07ea0fbc74Sabah Bakıda 27-29, rayonlarda isə 26-31 dərəcə isti olacaq

Avqustun 29-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 25-30 dərəcə isti olacaq. Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın dağlıq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq(APA).

www.yenicag.az

957
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv