!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3-cü Beynəlxalq Media Seminarında sertifikat təqdimetmə mərasimi keçirildi – Fotolar

!Reklam – Yazi

12366731_10207015013486533_359959323_nAntalya şǝhǝrindǝ davam edǝn “Beynǝlxalq 3-cü Media Proqramı”nda sertifikatlar iştirakçılara tǝqdim edilib.

Antalya şǝhǝrindǝ davam edǝn “Beynǝlxalq 3-cü Media Proqramı”nda sertifikatlar iştirakçılara tǝqdim edilib.

47 ölkǝdǝn 115 media mǝnsubu sertifikatlarını TRT-nin Baş direktoru Şenol Gökadan alıblar.
Proqramda iştirak edǝn jurnalistlǝr TRT-yǝ tǝşǝkkür ediblǝr.
Jurnasitlǝr TRT-nin ev sahibliyindǝn vǝ qarşılıqlı olaraq tǝcrübǝlǝrin bölüşülmǝsindǝn mǝmnuniyyǝtlǝrini dǝ dilǝ gǝtiriblǝr.

TRT-nin Baş direktoru Şenol Göka da proqrama qatılan jurnalistlǝrin Türkiyǝnin könüllü elçilǝri olduğunu deyib.

Mǝrasimdǝn sonra Balkan ölkǝlǝrindǝn gǝlǝn jurnalistlǝr Şenol Göka ilǝ xüsusi yığıncaq tǝşkil edib.
Yığıncaqda Balkan ölkǝlǝrinǝ istiqamǝtli yayımların artırılması vǝ gǝlǝcǝkdǝ hǝyata keçirilǝ bilǝcǝk yeni layihǝlǝr barǝdǝ fikir mübadilǝsi aparalıb.

Qeyd edək ki, beynəlxalq seminarda Azərbaycan media nümayəndələri də iştirak edib.

Nümayəndə heyətinə “Lider” Telekanalının Xəbər Departamentinin rəis müavini Günel Gözəlova, “ATV XƏBƏR”in redaktoru Aygün Nurəddinova, İctimai Televiziyanın redaktoru İsmayıl Cəbiyev, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə, “Yenicag.az” Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər, TRT-nin Bakı təmsilçiliyinin əməkdaşı İlkin Umudov, “Mövqe” qəzetinin müxbiri Nihat Hüseynzadə daxildir.

www.yenicag.az

1804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv