Yazı İçi 468×60

6rg49_1480662268_1029Yenicag.az xəbər verir ki, Suriya Hökumətinin keçmiş Baş naziri Dr. Əhməd Tuma, Türkiyənin yalnız terrorla mübarizə etmədiyini, terrorun açdığı yaraları sarmaq üçün də böyük səy göstərdiyini bildirib.

Türkiyənin etnik və məzhəb müharibəsinə qarşı sinəsini sipər etdiyini də vurğulayan Əhməd Tuma, “Türkiyə olmasa, müharibə bütün coğrafiyaya yayılar.”

Qərbin terrorla mübarizədə laqeyd yanaşdığını və Suriyada yaşananları “soyqırım” olaraq qiymətləndirən Tuma, “Qərb yalnız qaçqınlara qapılarını bağlamayıb, insanları atəşin ortasında qoyub. Əsrin soyqırımı yaşandığı bir vaxtda, qərbin səssizliyinin səbəbi nədir? Biz Türkiyəyə nə qədər təşəkkür etsək azdır. Türkiyə xalqının haqqını necə ödəyəcəyimizi də bilmirik. Allah Türkiyədən razı olsun! Ərdoğana da minnətdarıq!” deyə bildirib.

Həmçinin suriyalıların ev həbsi yaşadığını, küçəyə bir dilim çörək tapmaq üçün çıxanların ölümü gözə aldığını vurğulayan Tuma, “Hələb ölür. İnsanlıq ölür. Buna göz yummmaq olmaz. Hər zaman insan haqqlarından danışanların Hələbdəki qırğına göz yummalarını anlaya bilmirik. Halbuki ən təməl insan haqqı həyat haqqıdır”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."