www.sinerjipro.net

SinerjiProWide

3 yaşlı fiziki qüsurlu Elmanın doğum günü qeyd edildi – Fotolar

Reklam

Nəsimi rayon İcra Hakimiyyəti imtina olunmuş fiziki qüsurlu 3 yaşlı Məmmədov Elmanın doğum gününü qeyd etdi

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın doğum günü münasibəti ilə şənlik təşkil edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən körpələr evində yaşayan Məmmədov Elman üçün hədiyyələr, oyuncaqlar almış, uşaqların bayram şənliyinin maraqlı keçməsi üçün rəngarəng şarlar, meyvələr, şirniyyatlar və ad günü tortu təşkil edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar qonaqlarla birlikdə əylənmiş, rəqs etmişlər.

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılmışdır. Hal hazırda bu körpələr evində valideyn himayəsindən məhrum olmuş 52 nəfər uşaq yaşayır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."