!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 yaşlı uşağı “dustaq edən” müdirənin videosuna baxılacaq

!Reklam – Yazi

3 deqiqee“3 yaşlı uşağın bağçada dustaq edildiyini öyrənmək üçün tədbirdən çəkilən videogörüntüyə baxılacaq”.

Bu barədə AzVision.az-a azyaşlının valideyni Vəfa Səfərova bildirib.

Onun sözlərinə görə, tədbirdən çəkilən kadrlara baxış keçirildikdən sonra yekun qərar veriləcək.

“İcra Hakimiyyətindən mənə bildirdilər ki, 2-3 günə disk hazır olmalıdır. Onların nümayəndələrinin iştirakı ilə video görüntüyə baxılacaq ki, uşaq tədbirdə iştirak edib, yoxsa yox”.

Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən AzVision.az-a verilən məlumata görə, tədbirin çəkilişinə baxıldıqdan sonra bağça müdirəsi haqqında tədbir görüləcək.

Görüntülərdə bağça müdirəsinin günahı təsdiqlənərsə, o, tutduğu vəzifədən azad oluna bilər.

Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 210 saylı bağçada pula görə uşağın tədbirdən kənarlaşdırılaraq, tək otaqda saxlanması ilə bağlı yayılan xəbər cəmiyyətdə geniş rezonans doğurmuşdu

3 yaşlı uşağın valideyni Vəfa Səfərova sosial şəbəkədə yazıb ki, müdirənin bayram tədbiri üçün tələb etdiyi 3 manatı vermədiyi üçün uşaq otaqda tək saxlanılıb. O, övladının bu hadisədən təsirləndiyini və psixoloji zədə aldığını qeyd edib.

210 saylı körpələr evi-uşaq bağçasının rəhbəri Həmidə Əliyeva haqqında səslənən ittihamları rədd edərək, valideyni günahlandırmışdı.

“Bu gün bu hadisə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi müdiri Eldar Yunusovun qəbulunda oldum. Həmin valideyn də orda idi. Valideynin qeyd etdiyi tədbirdən şəkilləri apardım ki, uşaqlar arasında ayrı-seçkilik edilməyib və onun övladı 1 iyun 2016-cı ildə keçirilən tədbirdə iştirak edib. Şəkilləri orada hamıya göstərdim. Özü də baxıb deyir ki, “a, mənim uşağım da burdadır. Şəklin üzərində tarix qeyd edilib”-deyə H.Əliyeva saytımıza açıqlamasında bildirmişdi.

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv