3 yaşlı uşağın ölüm səbəbi rəsmən açıqlandı

Müəllif: Redaktor

Editor

usaq21Azərbaycanda özəl tibb mərkəzlərindən birində 3 yaşlı Arzu Qurbanlı ölüm səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən xəbərə görə, aparılan ekspertiza nəticəsində körpənin ölüm səbəbi aspirasiya, mədə möhdəviyyatı ilə əlaqədardır.

Belə ki, damaq badamcıqlarından əməliyyat olunan uşaqda sonradan qusma olub, nəticədə qusuntu kütlələri udulub. Buna qusuntu kütlələrinin aspirasiyası deyilir. Qusma zamanı kütlələr uşağın tənəffüs yollarına gedib və uşaq bundan dünyasını dəyişib. Meyitin ekspertizası zamanı onun traxeya və bronxları qusuntu kütləsi, mədə möhdəviyyatı ilə dolu olub. Körpə bunun nəticəsində vəfat edib.

“Bu proses körpənin yaxınlarının iştirakı ilə keçib, onlar da şahid olublar ki, uşağın traxeya və bronxları mədə möhdəviyyatı ilə dolmuş olub”, – deyə Birlikdən bildirilib.

Qeyd edək ki, 3 yaşlı Arzu Qurbanlı Sumqayıtda özəl klinikalardan birində burun-boğaz əməliyyatı olunub. A. Qurbanlı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır