30 -dan çox neftçimiz hәlak olub?- Şahidlәrin dilindәn

Müəllif: Redaktor

Editor

eTYwXLtZ0EH310-cu platformada baş verən faciənin bəzi təfərrüatları məlum olub.

Neftçilərin verdiyi məlumata görə partlayışa səbəb güclü külək olub.

Qaz borularından biri güclü küləyə tab gətirə bilməyib və qırılıb. Bu zaman partlayış baş verib. Yanğın qısa zamanda bütün platformanı bürüyüb.

Partlayış zamanı yaxınlıqda olan neftçilərdən ölən və xəsarət alanların olduğu iddia edilir.

Yanğından qorunmaq istəyən fəhlələr platformada olan rezin qayıqları dənizə sallayaraq xilas olmağa çalışıblar. Platformada olan iki rezin qayıq kəndirlərlə dənizə buraxılıb. Lakin şiddətli küləyin yaratdığı 6-7 metrlik dalğalar qayıqların suya salınmasına imkan verməyib.

Birində 30-a yaxın, digərində isə 36 neftçinin olduğu qayıqlar saatlarla platformanın kənarında asılı qalıb.

Neftçilərin əksəriyyətində xilasedici jilet olmayıb. Hündür dalğalar qayıqları platformaya çırpıb.

Neftçiləri xilasa gələn vertolyotlar yanğına görə, gəmilər isə güclü külək və dalğa səbəbilə neftçilərə yaxınlaşa bilməyib.

Qayıqlardan birinin ipi qoparaq dənizə düşüb. 36 neftçi dalğalar arasında qalıb. Onlardan 4 nəfəri xilas edicilər tərəfindən səhər saatlarında tapılıb. Digər 32 nəfərdən xəbər yoxdur. Çıxarılan 4 nəfərin xilasedici jileti olub. Onlardan da biri soyuqdan ölüb.

Digər qayıqda olan neftçilər xilas edilib. Onların sayının 26 olduğu bildirilir. Hazırda platformada yanğın davam edir. Partlayış zamanı ölənlərdən xəbər yoxdur.

Məlumatı verən neftçilər deyir ki, ölənlərin sayı 35-dən çoxdur(musavat)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir