!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

30 min türk tələbə Rusiyadan qovulur

!Reklam – Yazi

turktelebeRusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması Rusiyada təhsil alan türk tələbərlərə də təsir göstərib. Belə ki, Rusiyada təhsil alan Türkiyədən olan tələbələr ölkədən çıxarılır.

Türkiyənin Milli Təhsil Nazirliyinə (MEB) Rusiyadakı türk tələbələr və təhsil işçilərinin qarşı-qarşıya qalması, təzyiqlərlə əlaqədar şikayət məktubları gəlməyə başlayıb. Məktublarda Rusiyadakı 30 min türk şagirdin təhsil almaqda çətinlik çəkdiyi bildirilir. Türkiyəli tələbələrin qaldığı şəhərciyə gecə itlərlə basqın təşkil edərək pasport yoxlaması aparan Rusiya polisi bəzi tələbərləri nəzarətə alıb. Rusiyadakı türk tələbələrə məcburən təhsillərini yarımçıq buraxıb ölkədən çıxmaqla bağlı ərizə yazdırırlar.

Son olaraq Rusiya Voronej İrəli Texnologiya İnstitutu rəhbərliyi türk şagirdlərə “Rusiyadan çıxın!” xəbərdarlığı edib. Bəzi rus professorlar isə türk tələbələrin olduğu siniflərə dərsə girməkdən imtina edirlər. Dərsə girən bəzi müəllimlər isə türk tələbələrin imtahanlardan keçməyəcəklərini deyərək onları hədələyirlər.

Rusiyanın fərqli şəhərlərindəki universitetlərdə təhsil alan türk tələbələrə “öz istəyimlə universiteti tərk etmək istəyirəm” məzmunlu ərizə yazdırırlar.

Üniversitetlə müqavilə olmasına və ödənişlərin ödənilməsinə baxmayaraq onların vizalarını uzatmayacaqlarını bildirirlər.(Aznews)

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv