!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

30 mindən çox insan qalığı aşkar edildi

!Reklam – Yazi

скачанные файлы (11)Meksikanın şimali-şərqində Nuevo-Leon ştatının prokurorluğunun əməkdaşları təxminən 31 min insan qalığı aşkar ediblər, Excelsior bildirib.

Qalıqlar Salinas-Viktoriya rayonunda rançoların birində güclü yağışlardan sonra tapılıb. Onların narkokartellərin oğurlanmış qurbanlarına aid olduğu ehtimal edilir.

Nəşr “Vətəndaşlar insan haqları naminə” qeyri-hökumət təşkilatının nümayəndəsi Konsuelo Moralesin sözlərindən sitat gətirir:

“Qalıqlar qarışıq haldadır, ona görə də onların neçə adama məxsus olduğu məlum deyil”.

O əlavə edib ki, prokurorluğun mütəxəssisləri ekspertiza aparır, genetik profilləri müqayisə edirlər.

“Vətəndaşlar insan haqları naminə” qeyri-hökumət təşkilatı son dörd il ərzində 967 itkin düşmüş insan haqqında ərizə qeydə alıb. Yalnız 142 nəfərin taleyi haqqında məlumat əldə edilib, qalanları haqqında hələ də heç bir məlumat yoxdur(oxu).

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv