31 dekabrda əfv sərəncamı gözlənilir

Müəllif: Redaktor

Editor

efvyeniddh1477995406“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir”.

Bu sözləri Modern.az-a açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bildirib ki, ölkə başçısının bu il də öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcəyi istisna deyil.

“Bir qayda olaraq Azərbaycan prezidenti öz müstəsna səlahiyyətlərindən edərək, əfv sərəncamları imzalayır. Bu qərarların verilməsi cənab prezidentin səlahiyyətinə aid olduğu üçün növbəti əfv sərəncamının neçə nəfərə şamil olunacağı haqda danışa bilmərəm. İndiyə qədərki praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz ailələrinə qovuşub.
Əfv məsələləri üzrə komissiyanın katibliyində işlər gedir və daxil olan müraciətlər çeşidlənərək öyrənilir, müvafiq arayışlar hazırlanır”-deyə Əliməmməd Nuriyev bildirib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır