!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

31 yaşında baş nazir oldu - Ölkə tarixində ilk

!Reklam – Yazi

Avstriya prezidenti Aleksander Van der Bellen yeni hökumətin tərkibini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, ölkə başçısı gələn həftənin əvvəlində hökumətin andiçmə mərasimi üçün heç bir maneənin olmadığını bildirib.

Avstriya Xalq Partiyasının 31 yaşlı sədri Sebastian Kurts ölkə tarixində ən gənc baş nazir (federal kansler) olacaq. Ədliyyə, iqtisadiyyat, maliyyə, Avropa İttifaqı məsələləri, media, incəsənət və mədəniyyət, qadın və ailə məsələləri, təhsil, kənd təsərrüfatı və ətraf mühit nazirliklərinə onun partiyasının kadrları rəhbərlik edəcəklər.

Daxili işlər, müdafiə, xarici işlər, infrastruktur və nəqliyyat, səhiyyə və sosial məsələlər nazirlikləri isə koalisiyanın kiçik tərəfdaşı Avstriya Azadlıq Partiyasının sərəncamında olacaq. Bu partiyanın rəhbəri Haynts-Kristian Ştraxe vitse-kansler postunu tutacaq, həmçinin idman və məmurlar üzrə məsələlər onun səlahiyyətləri daxilində olacaq.

Yeni hökumətin tərkibində ümumilikdə 14 nazir və iki dövlət katibi postu olacaq.

www.yenicag.az

2730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv