www.sinerjipro.net

SinerjiProWide
Reklam

e14cf397-b26b-452b-bcec-911d317mayMayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16 , gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gündüz əsas yağmursuz olacağı, lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi meteoroloiji proqnoza gəlincə, mayın 18-də Abşeron yarımadasında müteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üşün əlverişlidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 83
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."