yenicag.az
yenicag.az

32 dərəcə isti olacaq

32 dərəcə isti olacaq

Müəllif: Redaktor

Editor

0544a284015be108c2dcbd4cdc6a3151Mayın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti, Bakıda gecə 15-17 dərəcə isti, gündüz 25-28 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən, yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 17-23 dərəcə isti olacağı gözlənilir.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti