www.sinerjipro.net

SinerjiProWide
Reklam

24819Xocalı soyqırımının 23-cü ildönümü Türkiyədə həmişəkindən fərqli qeyd edildi. Soyqırımın qardaş ölkədə öncəki illərdən daha mütəşəkkil şəkildə qeyd edilməsi təbii ki, qürurvericidir.

Fevralın 20-dən 23-nə kimi biz də İstanbulda Xocalı soyqırımı ilə bağlı Türkiyənin ən böyük İnsani Yardım Təşkilatı İHH-nın təşkil etdiyi törəndə iştirak etdik. Bütün Türkiyədə ümumi bir fikir var, ermənilər 1915-ci ildə olmayan bir hadisəni “erməni soyqırımı” kimi təqdim etdikləri halda, nədən cəmi 23- il öncə Xocalıda baş vermiş, fotoları, sənədləri , video görüntüləri olan, minə qədər Azərbaycan türkünün ölümü, 8 ailənin tamamilə məhv edilməsi, 1000-lə insanın əsir düşməsi və yaralanması ilə nəticələnən həqiqi soyqırımı, niyə soyqırım kimi haqsız dünyanın gözünə soxmayaq?
Hamı danışdı, hamı təkliflər verdi, işlər gördü və bu fəaliyyətlər davam edir. Təkcə, 10 illərlə Azərbaycanda təhsil vermək adıyla ölkənin pulunu sümürən, qardaş Türkiyədə isə xarici güclərin təlimatı ilə dövlət çevrilişinə cəhd etməkdən belə çəkinməyən Fətullah Gülən şəbəkəsindən səs çıxmadı.

Baxın, olduqca düşündürücüdür. Ağıla gələməyəcək bir şey. 26 fevralda Türkiyənin bütün media vasitələri Xocalı soyqırımından yazdı , amma Gülənçi mediada bir kəlmə də olsun Xocalı haqqında bir şey yazılmayıb. Türkiyənin bütün elektoron mediası Xocalıdan danışdı, fəqət Azərbaycanda da yayımlanan Samanyolu TV-də Xocalı soyqırımı barədə bir reportaj belə yayımlanmadı.

Bu “möhtərəm” xoca əfəndi nədən Azərbaycan türklərinin acısına acımadı? Xocalı İslam -türk coğrafiyasında yerləşmirmi? Yoxda ekranlar önündə axıdılan göz yaşları riyadan doğan göz yaşlarıdır?

Peyğəmbəri (s.a.s) təhqir edən “Çarli Hebdo” jurnalına başsağlığı verən Fətullah Gülən və onun adamlarının, dünənə qədər Azərbaycanda məktəbləri olmasına baxmayaraq, Xocalı soyqrımına sayğısız yanaşmalarına nə izah vermək olar ki ?

Hərçənd ki, bəzi məlumatlara görə, Gülən məktəbləri Azərbaycanda indi də başqa adlar altında fəaliyyət göstərir, o zaman bu hamımızı düşündürməlidir. Əgər, Gülənçi şəbəkə hələ də ölkəmizdə təhsil pərdəsi altında fəaliyyətdədirsə, buna yenidən baxmağımız lazımdır. Mütləq. Daha Xocalıdan da , böyük acımız nə ola bilər ki ? Bu acını bizimlə birgə paylaşmayanların bizimlə ortaq nə işləri ola bilər ki? Xocalı soyqırımı haqqında bir xəbər belə yaymayan Samanyolu TV-nin bizim efir məkanında nə işi var?

Güləndə olmayan vicdanı, insafı, heç gözləmədiyimiz halda Texasda tapdıq. Bir müddət öncə, Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində ABŞ-ın Konqresinin Nümayəndələr Palatasının Texasdan olan üzvü Jin Vu Xocalı soyqırımını pisləyən bir qətnamə layihəsi təqdim edib.
2 il əvvəl də bənzər bir qanun layihəsi Texas Əyalət Məclisi tərəfindən qəbul edilmişdi.

Bəli, ABŞ Konqresinin bir üzvü bunu etdi, amma Fətullah Gülən mediasında bir cümlə belə Xocalı faciəsindən danışılmır, yazılmır. Heç soyqırımın 23-cü ildönümündə də.

Ərdoğan hökumətini tənqid etmək üçün, İraqda, Suriyada türkmənlər üçün riyakarcasına hayşüvən qoparan, Kobanidə PKK-çılar üçün içi yanan Gülənçi media, Xocalıya gəlincə səsini içinə salır. Belə bir hadisə baş verməmiş kimi davranır. Hətta , Misir diktatoru Sisi , Qarabağ savaşı zamanı Suriyadakı erməniləri savaşa göndərən diktator Bəşər Əsədə ürəyi yanan Gülənçi medianı Xocalı ilgiləndirmir.

Bir müddət öncə, Türkiyənin baş naziri Əhməd Davudoğlu erməni diasporası ilə Fətullah Gülənin əlaqələri haqqında sensasion açıqlama vermişdi. Baş nazir həmçinin Gülən şəbəkəsinin Ermənistanda “camaat məktəb”ləri açmaq istəklərindən də danışmışdı. Qəribə burasındadır ki, Gülənçi media ittihamlarla bağlı hay-həşir salsa da, iddiaları təkzib etmədi.

Bundan bir qədər sonra isə, Avropa.info Türkiyədəki mənbələrə istinadən sensasion sayıla biləcək bir məlumat yaydı. Əldə etdiyimiz məlumatda bildirilirdi ki, Türkiyənin Milli İstiqbarat Təşkilatı (MİT) Fətullah Gülənin rəhbərlik etdiyi “paralel quruluş”un “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində ermənilərə dəstək verəcəyinə dair bilgilər əldə edib. Məlumatda qeyd olunurdu ki, ermənilərə dəstək vermək üçün, Gülən camaatının nəzarətində olan media quruluşlarına, ayrı-ayrı nüfuzlu şəxslərə konkret olaraq Penselvaniyadan tapşırıqlar gəlib.

Mənbənin bildirirdi ki, mart ayının sonları, aprel ayının əvvəllərindən Gülənə məxsus olan media orqanlarında “erməni soyqırımı” ilə bağlı təbliğat aparılacağı gözlənilir. Bundan başqa , paralelçilər ermənilərin keçirdiyi müxtəlif tədbirlərə də qatılacaqlar.

“Gülən camaatı Türkiyədə yaşayan ermənilərin müxtəlif toplantılarına dəstək verərək, “Bunlar da Türkiyə vətəndaşlarıdır” devizindən istifadə edəcəklər. Lakin əsas məqsəd Penselvaniyadan alınan tapşırıq əsasında “erməni soyqırımı” na dəstək vermək olacaq”.

Bu informasiya yayılan zaman, xüsusilə də sosial şəbəkədə bəziləri bizi saxta profillərlə tənqid, bir çox hallarda təhqir belə etməkdən çəkinmədi. Hər şey bəlli deyilmi cənablar?
Kobaniyə, “Çarli Hebdo” ya, ölən bir İsrail əsgəri başsağlıqları verən, onları müdafiə edən, Gülən və onun mediası nədən 26 fevralda Xocalını unutdu?

Ruslan Bəşirli (avropa.info)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."