!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabir Rüstəmxanlı və Aqil Ələsgər Qazaxıstan televiziyasına müsahibə verdi

!Reklam – Yazi

Azərbaycan nümayəndə heyətinin qardaş ölkəyə səfəri davam edir

Qazaxıstanın Çimkənd şəhərində Türkdilli ölkələrin Turan Qurultayı davam edir. Bu qurultayda Azərbaycandan da böyük nümayəndə heyəti ilə iştirak edir.

Qurultayda Azərbaycandan millət vəkili Sabir Rüstəmxanlı,Azərbaycan Türkiyə Evi Birliyi İdarə Heyətinin üzvü Cahandar Bayoğlu, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, “Yenicag.az” İnternet Qəzetinin baş redaktoru və Avrasiya Qəzetçilər Dərnəyi Qafqaz təmsilçisi Aqil Ələsgər,  ATXƏM təmsilçisi, şair İlqar İlkin, “Yeni Nəfəs” Gənclər Hərəkatı sədri Seymur Həsənli, tanınmış telejurnalist, 125-lər Siyasi Klubunun üzvü Tamilla Qulami və digərləri iştirak edirlər.

Bu gün nümayəndə heyətinin rəhbəri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Aqil Ələsgər bu gün Qazaxstan Dövlət Televiziyasına müsahibə veriblər. Televiziyaya cıxışı zamanı millət vəkili,xalq şairi Sabir Rüstəmxanlı ortaq türkcə məsələsi və Turan birliyi ilə bağlı çıxış edib.

Aqil Ələsgər isə müsahibəsində Qazaxstanın Azərbaycan üçün mühüm qardaş ölkə olmasını həmçinin repressiya illərində yüzminlərlə azərbaycanlının Stalinin əmri ilə Qazaxıstana köçrüldüyünü önə çəkib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Qazaxstan səfəri davam edir. Nümayəndə heyəti daha sonra Türküstan şəhərinə yola düşəcək.

 

www.yenicag.az

1458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv