www.sinerjipro.net

SinerjiProWide
Reklam

resized_a172e-11453Fətullah Gülən Şəbəkəsinə bağlı yazarlar və Türkiyə Prezidenti Ərdoğana düşmənçilikləri ilə tanınan 30 şəxs ortaq bəyannamə imzalayaraq, PKK-nı deyil, Türk dövlətini tənqid edib. Türkiyəni tənqid etməkdə Kandildəki terrorçulardan da irəli gedən Paralel Cinayət Şəbəkəsi üzvlərinin terror təşkilatını və HDP-ni təmizə çıxarmaq istəyini “Zaman” qəzeti isə manşetdən xəbər verib.

7 İyun seçkilərində qapı qapı gəzərək HDP-yə səs toplayan fətullahçılar, seçkilərdən sonra da PKK-nı təmizə çıxarmaqda davam edirlər.

Kandildən gələn bəyanatlarda belə PKK-nın yerli ünsürləri tənqid olunarkən, Pensilvaniya ziyalılarının bəyanatında PKK-ya tək bir tənqidi sözə rast gəlinmir. PKK-ya deyil Türkiyə Dövlətinə “silahı burax” çağırışı edən ziyalılar, Türk Silahlı Qüvvələrini də AK Partiyanın səslərini artırmaq üçün PKK-ya qarşı əməliyyat etməklə günahlandırır. PKK terrorundan, yolların kəsilməsindən, maşınların, dükanların yandırılmasından, sivil xalqa qarşı şiddətdən və şəhidlərdən bəhs edilməyən bəyanatda sadəcə Türk ordusuna “silahı yerə qoy” çağırışı edilir.

Unutmayaq ki, bəyanata imza atanların əksəriyyəti Türkiyədə “ermənilərdən üzr istəyirəm” kampaniyasını aparanlardır.

Xatırladaq ki, “Zaman” qəzetinin yumor əlavəsi olan “Puff” da şəhidləri təhqir edib.

Əsgərə, polisə, dövlət təşkilatlarına, sivil xalqa qarşı PKK-nın törətdiyi cinayətləri görməyən jurnal şəhid cənazələrinin erkən seçki üçün bəhanə edildiyini iddia edib.  Şəhid tabutlarını səs sandığı olaraq görən jurnalın yumor anlayışı oxucuları tərəfindən belə sərt tənqid olundu.

a3ad5eb7d96622e84149fed9465fbf0f

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."