!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

35 yaşlı kişi özünü 16-cı mərtəbədən atdı

!Reklam – Yazi

intihar845_220Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasından yıxılaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində eyvanın damına düşərək vəfat etməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq cəsədi eyvanın damından aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Dəmirçizadə küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O. Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv