!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil ƏLƏSGƏR: APA-nın sirri

!Reklam – Yazi

1525697_10202026942267870_1407505281_nAPA sadəcə bir agentlik, bir xəbər portalı, bir internet TV və ya bir holdinq deyil.

APA bir dövrdür…

Azərbaycanın postsovet dövrü milli mətbuatı “Yeni Müsavat” və “Azadlıq” ilə başlayırsa, (əlbəttə həmin dövrdən günümüzə çox tanınmış qəzet olub, ancaq davamlı ayaqda qalıb, yaşam mübarizəsini itirməyənləri nəzərdə tuturam) Azərbaycan dilində internet mediası məhz APA ilə başlayır…

Yarandığı gündən günümüzə qədər əksər qəzetlərin ştatdankənar məhsuldar işçisi olan APA ilə başlayır internet dövrü…

APA-dan əvvəl…

APA-dan sonra…

Azərbaycan xalqından APA-nı fərqləndirən tək cəhət Vüsalə Mahirqızının komanda oyununu bacarmasıdır…

Bəlkə millət olaraq, ən böyük əksik cəhətimiz komanda oyununu bacarmamağımızdır…

Baxın, futbol komandamız böyük hesablarla məğlub olarkən, fərdi idmanlarda adımız tarixə yazılıb…

APA da disiplinli bir kapitanın qurduğu komandanın uğurudur…

O komandaya gələrlər…

O komandadan gedərlər…

Gələnlər ve gedənlər şübhəsiz ki, APA-ya nələrsə qazandırırlar…

Fəqət gedişləri APA-ya təsir etməz…

Çünki APA hər zaman yerindədir…

Gələnlər, gətirilənlər və gedənlərdən fərqli olaraq, APA-nı APA edənlər həmişə yerindədirlər…

10 il öncə Vüsalə Mahirqızının yanında kimlər vardısa, bu gün də ordadırlar…

Məhz APA-nın uğurunun sirri də budur…

P.S. Yazını dünən qələmə alsam da, yayınlamaq bu günə qismətmiş…

www.yenicag.az

1167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv