!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

36 saat ərzində 2 əməliyyat- 14 nəfər öldürüldü

!Reklam – Yazi

104602_res_01Rusiya hüquq-mühafizə orqanları beynəlxalq terrorçuluqda şübhəli bilinən 14 nəfəri öldürüblər. 36 saat ərzində iki əməliyyat keçirilib.

Bu barədə Rusiyanın Terrorla Mübarizə Komitəsi avqustun 3-də məlumat yayıb.

Bildirilir ki, 6 nəfər Rusiyanın Kabardino-Balkaria regionundakı Nalçik şəhərində, 8 nəfər isə İnquşetiyadakı Sunji kəndində öldürülüb.

“Hüquq-mühafizə orqanlarına beynəlxalq terror təşkilatında iştirakda şübhəli bilinən bir qrup silahlının doqquzmərtəbəli binanın blokunda gizlənməsi barədə məlumat daxil olmuşdu. Terror hücumunun qarşısını almaq və ictimai asayişi pozmamaq üçün Terrorla Mübarizə Komitəsinin regional rəhbəri əməliyyatı avqustun 2-dən 3-ə keçən gecə keçirməyi qərara alıb” – komitənin sözçüsü Andrey Çatski belə deyib.

O, əlavə edib ki, bir neçə saatlıq danışıqlara baxmayaraq silahlılar təslim olmaqdan imtina ediblər və hüquq-mühafizə əməkdaşlarına atəş açıblar. Bu zaman altı silahlı öldürülüb.

A.Çatski ölənlərin hansı qrupa aid olması haqda heç bir məlumat verməyib və onların şəxsiyyətinin müəyyən olunması üçün əməliyyatın davam etdiyini bildirib.

Sözçü bildirib ki, Sunji meşəsi yaxınlığında Rusiya hüquq-mühafizə orqanlarının öldürdüyü 8 nəfərin İŞİD terror təşkilatının üzvləri olduğu ehtimal edilir.

Hüquq müdafiəçiləri və Kremlin tənqidçiləri isə bəzi iddialar səsləndiriblər. Onların sözlərinə görə, Rusiyanın təhlükəsizlik xidmətinin Şimali Qafqazdakı taktikası göstərir ki, hədəf yalnız silahlı qruplaşmalar deyil, həmçinin yerli əhali arasındakı müxaliflər və narazılardır.

Son illər Şimali Qafqazdan olan silahlılar təkcə öz regionlarında yox, Rusiyanın digər bölgələrində də hücumlar həyata keçirirlər. 2011-ci ildə Moskvada Domodevo aeroportunda olmuş terror hadisəsi də bunlardan biridir.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv