!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

37 yenə tüstüləndi

!Reklam – Yazi

Səhər saatlarında Mərkəzi Univermaq istiqamətində hərəkət edən 37 saylı marşrut avtobusunda nasazlıq baş verib.

Yeniçağ.Az xəbər verir ki, avtobusun əyləc sistemində yaranan problem üzündən qəza vəziyyəti yaranıb. Məlumata görə, avtobusun təkərlərinin tüstüləməsi salondakı sərnişinlərin narahatlığına səbəb olsa da, sürücü bu vəziyyətdə hərəkəti davam etdirib. Lakin tüstülənmənin güclənməsi və zəhərli qazın salona sızmasından sonra sürücü avtobusu saxlayaraq, sərnişinləri düşürüb.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətinə məxsus olan 37 saylı marşrut avtobusları Avtovağzal-MUM və əks -istiqamət üzrə hərəkət edir. İndiyə kimi kart sisteminə keçməyən bu avtobusların əksəriyyətinin əsaslı təmirə ehtiyacı olsa da, adıçəkilən şirkət hələ ki, özünü xərcə salmağa tələsmir.

Yeniçağ.Az

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv