4 nəfərin bıçaqlandığı görüntülər yayıldı – VİDEO

Müəllif: Redaktor

Editor

a6Ağsunun Rəhimli kəndində düşən kütləvi davada 4 nəfər bıçaqlanıb.

ARB TV xəbər verir ki, hadisə qonaqlıq zamanı qeydə alınıb.

Spirtli içki qəbul edən iki qonşu kəndin gəncləri arasında mübahisə yaranıb. Ardından qəzəblərinə hakim kəsilə bilməyən şəxslər əlbəyaxa davaya keçiblər.

Ağarx kənd sakinləri 32 yaşlı Mansur Vəliyev və qardaşı 27 yaşlı Vəli Vəliyev, Rəhimli kənd sakinləri 23 yaşlı Elvin Bəhramovu, 25 yaşlı Elvin Heybətovu, 28 yaşlı İntiqam Mikayılovu və 38 yaşlı İsrafil Əliyevi bıçaqlayıblar.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Hadisə yerindən qaçıb gizlənən qardaşlar isə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil veriliblər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır