Ads by Google

hightechnic
Ads by Google

Lənkəranda yaşayış evi yanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1973-cü il təvəllüdlü Ənvər Əmən oğlu Xosrovova məxsus yaşayış evində yanğın baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Ümumi sahəsi 120 m2 olan dördotaqlı birmərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın başlayan zaman evdə ailə üzvlərindən heç kim olmadığından hadisədən gec xəbər tutulub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 726
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."