www.sinerjipro.net

SinerjiProWide
Reklam

768380_473311Məhkəmə bu körpəni 4 qətldə, 8 qətlə təşəbbüsdə və vandallıq aktında təqsirli bilib

Ötən həftə Misir məhkəməsi 4 yaşlı uşağa ömürlük həbs cəzası verib. O, çoxsaylı cinayətlər, o cümlədən qətllərdə təqsirli bilinib. Əhməd Mənsur Şərara, hansı ki, heç məhkəmədə belə iştirak etməyib. Ona 2014-cü ilin yanvar ayında prezident Məhəmməd Mursini dəstəkləyən aksiyada iştirak edən 115 müttəhimlə birgə hökm oxunub.

Hökumət, ən azı bəzi nümayəndələri uşağın yaşı haqqında məlumatlı idilər və bilirdilər uşaq sadəcə fiziki olaqa bu sadalanan cinayətləri edə bilməz. 2014-cü ildə polis Əhmədə həbs eləməyə gəlir, ancaq onun uşaq olduğunu gördükdə, atasını tuturlar. Bununla belə, 2 il sonra məhkəmə balaca uşağı 4 qətldə, 8 qətlə təşəbbüsdə və vandallıq aktında təqsirli bilib.

Uşağın atası 4 ay həbsdə yatır, azad edildikdən sonra isə şəhərdən qaçmaq məcburiyyətində qalır. Ancaq övladına oxunan hökmü eşitdikdə yerli televiziya ilə çıxış edərək, yardım istəyir. Qucağında yatmış Əhmədi tutan ata ədalət və məhkəmənin hökmünün ləğvini xahiş edir. Emosional çıxışı zamanı dözməyərək ağlayıb.

Bu gün isə, gənc Əhmədin ailəsi rahat nəfəs ala bilərlər: FaktXeber.com-un verdiyi məlumata görə, məhkəmə artıq hökmü səhv adlandırıb. Hökumət 116 müttəhimə hökm oxunan zaman detalları izləməyin çətin olduğunu deyərək üzr istəyib. Əhmədin ailəsinə isə bildiriblər ki, o və atası təhlükəsizlikdədirlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 92
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."