40-dək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılıb

Müəllif: Redaktor

Editor

İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir.

Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşurlar və materiallar paylanılır. Bununla yanaşı, yeni idarəetmə üsullarının tətbiqinə maraq göstərən sahə mülkiyyətçiləri İqtisadiyyat Nazirliyində olur və onlara MMMC-lərin yaradılması ilə bağlı hüquqi-təşkilati köməklik göstərilir.

Ümumiyyətlə, həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, indiyədək 40-dək MMMC yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir