!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

41 dərəcə isti gözlənilir

!Reklam – Yazi

96261Avqustun 20-si axşamadək Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada rütubətliliyin normadan çox olması ilə bürkülü hava şəraitinin yaranması və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Yenicag.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27˚, gündüz 32-37˚, Bakıda gecə 24-26˚, gündüz 35-37˚ isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə aran rayonlarında 21-26˚, gündüz 34-39˚, bəzi yerlərdə 41˚, dağlarda gecə 15-20˚, gündüz 28-33˚ isti olacaq.

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv