43 dərəcə isti olacaq

Müəllif: Redaktor

Editor

drink-more-watera8İyulun 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə isti olacağı, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji məlumata gəlincə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir.

Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır