43 QHT fəxri fərmanla təltif edilib

Müəllif: Redaktor

Editor

d221f45e-1321-47bc-854a-240165b1a865Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransı keçirib. Toplantıda çıxış edən Şura sədri Azay Quliyev 2015-ci ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyib. Azay Quliyev Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyanın müşahidə edilməsinə baxmayaraq, bir sıra QHT-lərin müqavilə öhdəliklərinə əməl etməsində qüsurlara yol verdiyini vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov konfransda hesabat məruzəsi ilə çıxış edib.
2015-ci ildə Şuranın 23 iclas keçirdiyini deyən icraçı direktor “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nda və Şuranın Əsasnaməsində təsbit edilmiş dövlət dəstəyinin əsas prinsip və formalarına uyğun olaraq qurumun məlumat, təşkilati-texniki, metodik, maliyyə və konsultativ istiqamətdə xidmətlərləri davam etdirdiyini bildirib.
Cari ildə “Vətəndaş cəmiyyəti” jurnalının 12 sayı işıq üzü görüb. Jurnalda 520-ə yaxın QHT-nin bütün fəaliyyət istiqamətlər üzrə həyata keçirdiyi layihələrin icra prosesi, əldə olunan nəticələr və hesabatlıq, eləcə də QHT qanunvericiliyi, beynəlxalq təcrübə mübadiləsi və ictimai sektorun ümumi inkişafı ilə bağlı məlumat, məqalə, müsahibə, metodiki tövsiyə xarakterli materialların işıq üzü görüb. Jurnalın hər nömrəsində Şuranın reallaşdırdığı tədbirlər də daxil olmaqla, QHT-lərin fəaliyyəti haqqında 50-dən artıq məqalə və müsahibə, ayrı-ayrı yenilikləri əks etdirən onlarla məlumat dərc edilib.
Şuranın hər gün yenilənən www.qhtxeber.az saytına aylıq giriş təxminən 70 min təşkil edib. Gündəlik daxilolmalar İP sayı üzrə təxminən 4400-5500 təşkil edib.
Şura 2015-ci ildə müxtəlif mövzulara həsr olunan, 50-dən çox rayonun QHT-lərinin iştirak etdiyi 12 tədbir keçirib.
300 QHT-yə konsultativ xidmət göstərilib ki, bunlardan da 100-ə qədəri region QHT-ləridir.
16 beynəlxalq təşkilatın nümayəndəsi ilə Şurada görüş keçirilib.
2015-ci ildə Şuraya 819 layihə təklifi daxil olub. Ötən il 520 QHT layihəsinin maliyyələşdirilməsinə 5 255 343,0 manat sərf olunub. Bunlardan 513 yerli QHT-yə 4 750 664,0 manat, 7 xarici QHT-yə isə 504 679, 0 manat vəsait ayrılıb.
2015-ci ildə maliyyələşən layihələrin icrasına 2009 nəfər cəlb olunub ki, bunlardan da 847 nəfər daimi, 1162 nəfər isə müvəqqəti işçilərdir.
Layihələr çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 200.000-dən artıq vətəndaş iştirak edib.
Layihələr əsasən ölkə daxilində Bakı, Astara, Quba, Qusar, Qəbələ, Bərdə, Fizuli, Yevlax, Qobustan, Şirvan, Gəncə, Mingəçevir, Qazax, Beyləqan, İmişli, Ucar, Göyçay, Şəki, Qax və digər rayonlarda keçirilib.
Şuranın dəstəyi ilə 25 xarici QHT-nin icra etdiyi layihələr çərçivəsində 18 xarici ölkədə – Türkiyə, Hollandiya, Avstriya, Polşa, İspaniya, Fransa, Çexiya, Almanya, İtaliya, Ukrayna, Belçika, Latviya, Finlandiya, Norveç, Bolqarıstan, Rumıniya, Gürcüstan və Macarıstanda tədbirlər təşkil olunub.
Layihələr çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib:
— 1500-dən çox təlim, seminar keçirilib və bu tədbirlərdə 70 000-dən artıq vətəndaş iştirak edib;
— 755 konfrans, dəyirmi masa, mətbuat konfransı və s. Keçirilib. Bu tədbirlərə 45 000-dən çox vətəndaş qatılıb;
— 48 adda kitab, 22 adda broşür, 160 adda buklet, 148 adda digər maarifləndirici material (posterlər, təqvimlər və s.) hazırlanıb;
— 39 televiziya verilişi, 12 sosial çarx, 18 film çəkilib, 2 reabilitasiya mərkəzi, 18 sayt yaradılıb, 1 velosiped, 3 şahmat yarışı və 5 sərgi təşkil olunub;
Layihələr üzrə QHT-lər tərəfindən 50 kompüter, 23 printer, 5 surətçıxarma aparatı və 90 adda digər avadanlıqlar alınıb.
Konfransda ötən il Şuranın maliyyə dəstəyi ilə ən yaxşı layihə icra edən 43 QHT Fəxri Fərmanla təltif edilib.
Müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. 28 QHT-nin layihəsinin icra vəziyyəti qeyri-kafi sayılıb.
Hesabat konfransında Şuranın 2015-ci ildə fəaliyyətindən bəhs edən filmin və maliyyələşdirilən layihələr haqqında kitabın da təqdimatı olub.
Toplantıda çıxış edən QHT rəhbərləri Şuranın 2015-ci ildə məhsuldar fəaliyyət göstərdiyini və təşkilatların inkişafı üçün göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir