610x380xfsdjdh.jpg.pagespeed.ic.x77EbswOrv“Lider” telekanalının tanınmış aparıcısı İlahə Nizamiqızı xalq artisti İlhamə Quliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında yaranmış qalmaqala münasibət bildirib.

Teleaparıcı “Facebook” profilində Elza Seyidcahanı sərt tənqid edib:

“Son günlər çox yersiz bir qalmaqal yaşanır. Ən pisi odur ki, söhbət Azərbaycanın əvəzolunmaz sənətkarı, “Şərəf” və “Şöhrət” ordenli gözəl xanım, hər kəsin sevimlisi İlhamə Quliyevadan gedir. İlhamə xanımla sıx yaxınlığım olmasa da, oxuduqlarımdan və eşitdiklərimdən əsəbləşdim. Elza xanım, sözüm sizədir. Sizə bir xanım kimi böyük hörmətim var idi. Amma bu son olay məni şaşırtdı. Siz o sözləri necə dilinizə alıb deyə bilirsiniz? Axı İlhamə xanımı hamı tanıyır və hər kəs bilir ki, hansı hörmətə və sənətə malikdir. Ulu Öndərimizin və cənab prezidentin təqdim etdiyi mükafatlara şübhə ilə yanaşmağa kimin ixtiyarı var? Bu sözləri deyən xanım necə millət vəkili ola bilər? Elza Seyidcahanın yerində olsaydım, İlhamə xanımdan ən azı böyüklüyünə görə üzr istəyərdim. Bu, İlhamə xanımın sənətinin vurğunu kimi mənim şəxsi fikrimdir”.

Qeyd edək ki, Elza Seyidcahanın millət vəkilliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı dediyi fikirlər İlhamə Quliyevanın tənqid hədəfi olmuşdu. Məhz bundan sonra tərəflər arasında gərginlik yaranıb və İlhamə Quliyeva əməkdar artisti məhkəməyə verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."