!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgər:”Sarıqamışda Azərbaycan bayrağı ilə yürüdük”

!Reklam – Yazi

Türkiyədə I Dünya Müharibəsi zamanı Sarıqamışda donaraq şəhid olan 90 min türk əsgərinin 100-cü anım tədbirləri keçirilib. “Əsrin Yürüşü” adlanan anma tədbirinə TBMM sədri Cəmil Çiçək, Daxili İşlər naziri Efkan Ala, Gənclik və İdman naziri Akif Çağatay Kılıç, Qars valisi Günay Özdemir, Qars Bələdiyyə Başçısı Murtaza Karaçanta, millət vəkilləri, Türkiyənin hər bir şəhərindən,  Azərbaycan və TİKA-nın fəaliyyət göstərdiyi əksər ölkələrdən insanlar qatılıb. 

“Əsrin yürüşü”nə Azərbaycandan qatılan “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, Yalova Əsilsiz Erməni İddiaları Mücadilə Dərnəyi (YƏEİMD) ilə birlikdə Yürüşə Azərbaycan bayraqları ilə qatılıblar: “Bu barədə YƏEİMD başqanı Şəmsəddin Gürtəkinlə öncədən planlaşdırdığımız kimi çalışdıq və yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları ilə ciddi diqqət mərkəzində olduq. Bu dərnək Quba, Xocalı soyqırımını Türkiyədə tanıdan ciddi dərnəklərdən biridir və bu ilki yürüş də həmin tədbirlərin davamı sayıla bilər. Yürüş zamanı yüzlərlə insana Azərbaycan bayrağı paylayaraq, yüz minlik yürüşdə Azərbaycanın Türkiyə ilə bərabər yürüdüyü mesajını təkrarladıq. Biz bundan sonra hər il Yalova və Kars Əsilsiz Erməni İddiaları Mücadilə Dərnəkləri ilə birlikdə bu ənənəni davam etdirmək niyyətindəyik”.

Aqil Ələsgər bildirib ki, onlarla yanaşı Kars Kafkas Universitetindəki azərbaycanlı müəllim və tələbələr, Bakıdakı Anadolu Liseyinin şagirdləri və Türkiyədə yaşayan xeyli sayda azərbaycanlı “Əsrin Yürüş”ündə iştirak edib.

6fea8229dd5d9924f3162586d98033e9.jpg.thumb_700 967945_10204723323115706_818410914_n 10887937_10204723324475740_756427279_n 10896909_10204722579017104_4434628481833644878_n 10425419_10204718104425242_1594537611681625353_n 10891452_10204718097425067_795206714789633346_n 10898089_10204719023968230_5786358897476237956_n 10898287_10204719041648672_5563263166466881575_n 10906011_10204719020888153_5336958362406211013_n 10922565_10204719046528794_5487107307400436107_n

www.yenicag.az

1064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv