!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

44 ildir əlini aşağı endirmir - FOTOLAR

!Reklam – Yazi

Bir dəfə əlini tanrı Şivanın eşqinə yuxarı qaldırmış Amar Bharti, artıq az qala əsrin yarısına bərabər müddətdə (44 il) ağrı və şikəstliyə rəğmən əlini hələ endirməyib.

Yenicag.az xəbər verir ki, hind sadhu (mömin, müqəddəs) Amar Bharti mənəviyyat dünyasına qədəm qoymamışdan əvvəl, Nyu-Dehlidə klerk olaraq çalışıb. Bir gün, daha dəqiq desək, 1973-cü ildə tanrı Şivanın şərəfinə əlini başı üzərinə qaldıran bu şəxs günümüzə qədər beləcə ömür sürməkdədir. Xalq isə onu müqəddəs hesab edir.

Bu illər ərzində Bhartinin sağ qolu dəri ilə örtülmüş yararsız sümük parçasına çevrilib. Əl barmaqlarının dırnaqlarını tutmadığından dırnaqları qalınlaşaraq bürmələnib. Bhartinin qolu tamamilə şikəst olaraq qeyri-təbii şəkildə şaquli vəziyyət alıb.

www.yenicag.az

2383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv